Açıq kitabxana” layihəsinin təqdimatı olacaq

İyulun 15-də Mədəniyyət və Turizm NazirliyininMilli Kitabxananın birgə layihəsi əsasında yaradılan “Açıq kitabxana” layihəsinin təqdimatı olacaq.

Layihəyə əsasən Milli Kitabxananın Rəşid Behbudov küçəsinə baxan hissəsində olan bağçasında günün 24 saatı ərzində oxucularbütün vətəndaşlar üçün sərbəst mütaliə guşəsi yaradılacaq. Açıq kitabxanada “Mən oxudum, sən də oxudevizi altında “Kitabı kitaba dəyişmə” guşəsi də fəaliyyət göstərəcək. Kitab guşəsinə müraciət edən hər bir kəs artıq onun mütaliə etdiyiona lazım olmayan kitabların başqa şəxslər tərəfindən də mütaliə olunmasına şərait yaradacaq. Layihə çərçivəsində poeziya gecələri, mütaliə axşamları, yazıçı və şairlərlə görüşlər, yeni kitablarının təqdimat mərasimləri də təşkil olunacaq.

Həmçinin kitab satışı yerləri də yaradılacaq. İstənilən müəllif özünün yeni çap olunan kitabını satış üçün açıq kitabxanaya təqdim edərək müəyyən müddətdən sonra satılan kitablarının dəyərini geri ala biləcək. Guşədə Azərbaycanda, Rusiyada və digər xarici ölkələrdə çap olunan kitabı onlayn sifariş etmək mümkün olacaq.

Mədəniyyət.-2016.- 15 iyul.- S.2.