Vaqif Səmədoğlunun kitabının təqdimatı

İyulun 12-də Səməd Vurğunun ev-muzeyində görkəmli şairdramaturq Vaqif Səmədoğlunun “Gürzəçöl yazıları” kitabının təqdimatı keçirilib. Kitab “ATV kitab” layihəsi çərçivəsində “Parlaq imzalar” nəşriyyatında çap olunub. Tərtibçi-redaktoru və ön sözün müəllifi Nüşabə Babayeva-Vəkilovadır.

Tədbirdə layihənin rəhbəri Səlim Babullaoğlu, filologiya elmləri doktoru Rüstəm Kamal, filologiya üzrə fəlsəfə doktoru İradə Musayeva və başqaları çıxış ediblər. Qeyd olunub ki, pritça V.Səmədoğlu yaradıcılığı üçün yeni janr olsa da, pritça yanaşması poeziyasında və dramlarında ifadəsini tapıb.

İştirakçılar kitabı Vaqif Səmədoğlu yaradıcılığının zənginliyini bir daha oxucuya tanıdan dəyərli nəşr kimi qiymətləndiriblər.

Mədəniyyət.-2016.- 15 iyul.- S.2.