Yeni turizm klasterləri ilə bağlı regional treninqlər

Mədəniyyət Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin (MEMM) təşkilatçılığı Azərbaycan Turizm Menecment Universitetinin əməkdaşlarının iştirakı ilə iki müəssisə arasında müvafiq memoranduma əsasən bölgələr üzrə təlimlərə start verilib.

İyulun 13-də Gəncə şəhərində Nizami Gəncəvi MuzeyindəGənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun 31 rayon üzrə nümayəndəsinəTurizm müəssisələrində mədəni xidmətin təşkilimövzusunda ilk treninq keçilib.

Şəhər Mədəniyyət Turizm idarəsinin rəisi Sənan Hacıyev MEMM-in direktoru Asif Usubəliyev təlim iştirakçılarına uğurlar arzulayıb bu istiqamətdə görülmüş işlər barədə məlumat veriblər. A.Usubəliyev qeyd edib ki, yeni turizm klasterlərinin yaradılmasına, habelə turizm mədəniyyət sektorunda problemlərin həllinə xidmət edən layihə davamlı olaraq müxtəlif sahələrin mütəxəssislərinin iştirakı ilə digər regionlarda da təşkil olunacaq. Təlim zamanı mədəniyyət müəssisələri tərəfindən yerli xarici turistlərə göstərilə biləcək mədəni xidmətin təşkili aşılanıb, gənc əməkdaşlar arasında geniş fikir mübadiləsi aparılıb, mövzuya dair təkliflər səsləndirilib. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Respublikanın bütün bölgələrini əhatə edəcək təlimlər bitdikdən sonra növbəti mərhələdə gənc mədəniyyət işçiləri ilə turizm müəssisələrinin rəhbərləri arasında görüşlərin təşkili nəzərdə tutulub.

Mədəniyyət.-2016.- 15 iyul.- S.5.