Qazax mahalının şairləri”

Qazaxdakı Ədəbiyyat Muzeyində “Qazax mahalının şairləri” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri açan rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şairlər yurdu olan Qazaxın mədəniyyətimizdə, ədəbiyyatımızda yerindən bəhs edib. Qeyd edib ki, “Qazax mahalının şairləri” kitabının geniş oxucu kütləsinə təqdim olunması bizim hamımızı sevindirir. İcra başçısı kitabın ərsəyə gəlməsində zəhməti olanları təbrik edib.

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza və üzvləri Ələddin İncəli, İsa Cavadoğlu çıxış edərək, kitabı ərsəyə gətirənlərin əməyini dəyərləndiriblər.

Çıxışlarda mədəniyyətimizin inkişafı üçün yaradılan şəraitə, yaradıcı insanlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıq ifadə olunub, rayonda həyata keçirilən geniş tikinti-abadlıq və mədəni-quruculuq işlərindən də bəhs olunub.

Mədəniyyət.-2016.- 15 iyul.- S.11.