Qusarda açıq havada təqdim edilən tamaşalar maraqla qarşılanır

Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi tərəfindən açıq havada təqdim olunan tamaşalar rayona gələn turistlər, eləcə də yerli sakinlər tərəfindən maraqla qarşılanır.

Teatrın bədii rəhbəri Faiq Qardaşov bildirib ki, səyyar tamaşalar Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə iyun ayından başlayaraq nümayiş etdirilib. General Mahmud Əbilov adına meydanda təqdim olunan səhnə əsərlərini yüzlərlə tamaşaçı izləyib. Tamaşalar arasında Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu”, Asəf Mehmanın “Sədəf”, Hüseynbala Mirələmovun “Xəcalət”, Əhməd Orucoğlunun “Nənənin kələyi” və başqa səhnə əsərləri yer alıb.

Teatrın kollektivi iyulun 16-da yay mövsümünün sonuncu tamaşası ilə şəhər sakinlərinin qarşısına çıxacaq.

Mədəniyyət.-2016.- 15 iyul.- S.11.