“Mənim Vətənim” - rəsm müsabiqəsi

Zaqatala rayon Heydər Əliyev Mərkəzində rayon Gənclər və İdman idarəsi ilə birgə “Mənim Vətənim” adlı rəsm müsabiqəsi keçirilib.

Müsabiqədə Heydər Əliyev Mərkəzinin, Uşaq Yaradıcılıq Mərkəzinin və Zaqatala Dövlət Rəsm Qalereyasının üzvləri iştirak edib.

Rayon Mədəniyyət və Turizm şöbəsindən verilən məlumata görə, müsabiqəyə Uşaq Yaradıcılıq Mərkəzi, Rəsm Qalereyası və Heydər Əliyev Mərkəzinin rəsm dərnəyi üzvlərinin 40-a yaxın rəsm əsəri təqdim olunub. Müsabiqədə I, II və III yerləri tutan gənc rəssamlar diplom və hədiyyələrlə mükafatlandırılıb.

Mədəniyyət .-2016.- 15 iyul.- S.11.