Ölkəmiz Brüsseldə beynəlxalq festivalda təmsil olunur

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri Belçikanın paytaxtı Brüsseldə keçirilən “Musica Mundi” beynəlxalq kamera musiqisi festivalına qatılıblar.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən bildirilib ki, iyulun 31-dək davam edəcək festivalda dünyanın müxtəlif ölkələrindən 10-18 yaşlı istedadlar öz bacarıqlarını nümayiş etdirirlər. Festival qala-konsertdünya musiqi elitasının tanınmış nümayəndələrindən sayılan Maksim Venqerov, İrvi Qitlis, Menaxem Pressler, Nikolas Angelix, Mikloş PerenyiAleksandr Qavrilyuk tərəfindən imzalanmış təhsil sertifikatlarının təqdimatı ilə yekunlaşacaq.

Mədəniyyət.-2016.- 20 iyul.- S.2.