Tarixi abidələr bu günsabah: mühafizə problemləri

Səyyar seminar-treninq davam edir

Mədəniyyət və turizm nazirinin müvafiq əmrinin icrası ilə əlaqədar maddiqeyri-maddi mədəni irsin qorunması, təbliği, bərpası və inkişaf etdirilməsi məqsədilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi yerlərdə səyyar seminar-treninqlər keçirir.

İyulun 19-da Xaçmaz regional mərkəz olmaqla Quba, Qusar, Siyəzən, Xızı, Şabran rayonlarından abidə mühafizəçiləri üçünTarixi abidələr bu günsabah: mühafizə problemləri” mövzusunda səyyar seminar-treninq başlanıb.

Mərkəzin direktoru Ramazan Şabanov tədbiri açıb. Mərasimdə Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayeviştirak edib.

Seminar-treninqdə əhatə olunan rayonlar üzrə 28 abidə mühafizəçisi iştirak edir. Treninqin mövzuları “Mədəniyyət haqqında” qanundan irəli gələn məsələləri əhatə edir və yerlərdə maddiqeyri-maddi mədəni irsin qorunması, bərpası, turizmin inkişafı məsələlərinə həsr olunub.

Mərkəzin əməkdaşı Arif Əliyev, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunun baş mühəndisi Cahid Qədirli, AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunun əməkdaşı İdris Əliyev, Qobustan Milli Tarixi-Bədii Qoruğunun baş mühafizi Fikrət Abdullayev, Şirvanşahlar Saray Kompleksinin direktor müavini Səadət Mirzəyeva və digər mütəxəssisin keçəcəyi treninq 23 iyul tarixinə qədər davam edəcək.

Mədəniyyət.-2016.- 20 iyul.- S.3.