Alim Qasımov Londonda konsert proqramı ilə çıxış edib

 

Azərbaycanın Xalq artisti Alim Qasımov qızı, Əməkdar artist Fərqanə Qasımova LondonunWiqmorekonsert salonunda geniş konsert proqramı ilə çıxış ediblər.

Konsertdə ənənəvi olaraq, bir sıra muğamlar, təsniflər müxtəlif bəstəkar mahnıları səsləndirilib. Xanəndələri Rauf İslamov, Rəfael Əsgərov, Cavidan Nəbiyev Zəki Vəliyev müşayiət edib.

Xatırladaq ki, Britaniyaya səfər çərçivəsində dünya şöhrətli muğam ustası SOAS Universitetində ustad dərsləri keçib.

 

Mədəniyyət.-2016.- 20 iyul.- S.13.