“İllərin axarında”
Tanınmış jurnalist Ənvər Məşədiyevin “İllərin axarında” kitabı “Şuşa” nəşriyyatında çapdan çıxıb.
Kitab müəllifin
2003-cü ildə çap edilmiş
“Yaddaşımın işığında” kitabının
davamıdır. Birinci kitabda müəllifin xatirələri,
bir çox elm xadimləri, təhsil və səhiyyə
adamları, ayrı-ayrı peşə sahibləri, sadə insanlar barədə qələmə
aldığı oçerklər, bədii, publisistik
yazılarından seçmələr yer
alıb. “İllərin axarında” kitabında isə müəllifin
2003-cü ildən sonra kütləvi
informasiya vasitələrində,
ayrı-ayrı kitab və toplularda
dərc edilmiş məqalələri, “Bir az da
özümüzdən” adlı sənədli povesti
verilib. Kitabda yer alan yazıların əksəriyyəti
müəllifin ömrünün yarım
əsrə yaxın bir dövrünü
bağladığı “Bakı” qəzetində dərc edilən
məqalələrdir. Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Aynel Məşədiyevadır.
Mədəniyyət.-2016.- 20 iyul.- S.15.