Fransa və Kanadada
Azərbaycanla bağlı kitab nəşr
olunub
Fransa və Kanadanın “Connaissances et Savoirs” nəşriyyatında Bakı Dövlət Universitetinin müəllimi, hüquq elmləri doktoru Fazil Zeynalovun “Azərbaycanın neft və qaz ehtiyatları: ölkənin regional enerji həbinə çevrilməsi” adlı kitabı çap olunub.
Kitabda Azərbaycanın qədim
dövrlərdən bu günə qədər
neft və qaz
resurslarının istismarı tarixindən bəhs olunur. Müəllif bildirir
ki, XIX əsrin ikinci
yarısından başlayaraq Azərbaycanda
neft sənayesi sürətlə inkişaf edib və bir çox texniki yeniliklər məhz burada
tətbiq olunub. Kitabda
Xəzər dənizinin hüquqi statusu məsələsinə də toxunulub, hövzə dövlətlərinin bugünkü mövqeyi və
arqumentləri təhlil edilib.
Mədəniyyət.-2016.- 20 iyul.- S.13.