Əcnəbi gənclər “Tufandağ” istirahət kompleksi ilə tanış olublar

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkil etdiyiMultikulturalizm Azərbaycanda həyat tərzi kimi: millidini dəyərlər” adlı III beynəlxalq multikulturalizm yay məktəbi iyulun 20-də Qəbələdə işini davam etdirib.

Qafqaz yeddi gözəl” hotelində ADA Universitetinin prorektor müavini Anar Vəliyev tələbələrə “Terror multikulturalizmə qarşı” mövzusunda mühazirə oxuyub. Tələbələr mövzu ilə bağlı fikirlərini bildiriblər, onların sualları cavablandırılıb.

Mühazirədən sonra yay məktəbinin iştirakçıları üçünTufandağ” yay-qış turizm istirahət kompleksində kanat gəzintisi təşkil edilib. Qonaqlar qəbələli gənclərlə birgə burada istirahət edib, çay süfrəsi arxasında səmimi söhbət aparıblar.

Növbəti “Öz xalqını təqdim etmusiqili axşamının təqdimatçıları Çexiya, Rusiya, Türkiyə və Ukraynadan gələn tələbələr olub.

 

Mədəniyyət.- 2016.- 22 iyul.- S. 4.