Turizm və istirahət obyektlərində konsert proqramları

 

Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsi yeni layihəyə start verib

Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsi yeni turizm və istirahət obyektlərində əhalinin mədəni istirahətinin təmin olunması məqsədilə konsert proqramları təşkil edir. Bu layihədən ilk tədbir Goradildə Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” istirahət mərkəzinin açılışı zamanı keçirilib.

Tədbirdə C.Cabbarlı adına Mədəniyyət evi, şəhər Mədəniyyət eviCorat qəsəbə Mədəniyyət evinin özfəaliyyət kollektivlərinin üzvləri Zaur Yusifli, Kamil Ağazadə, Günay Sadıqova, Sevda AkkayaRavin Əliyevin ifasında bəstəkar və xalq mahnıları hərbçilər tərəfindən alqışlarla qarşılanıb. Kamil Ağazadənin hazırladığı şou proqram uşaqların böyük marağına səbəb olub.

 

Mədəniyyət.- 2016.- 22 iyul.- S. 5.