Kanadada keçirilən festivaldaAzərbaycan axşamı

 

Niaqara şəhər parkında milli mahnılarımız rəqslərimiz nümayiş olunub

Kanadanın Niaqara şəhərində keçirilən ənənəvi musiqi festivalı çərçivəsindəAzərbaycan axşamıtəşkil olunub.

Bu barədə Azərbaycanın Kanadadakı səfirliyindən məlumat verilib.

Tədbir şəhərin mərkəzi Simko (Simcoe) parkında, açıq səma altında baş tutub.Azərbaycan axşamı”nın açılışında Niaqara musiqi festivalının icraçı direktoru Kristofer Bleyk səfirliyin birinci katibi Arif Məmmədov çıxış ediblər.

Arif Məmmədov artıq ənənə xarakteri alan bu tədbirin Azərbaycan mədəniyyətinin Kanadada təbliği Kanada-Azərbaycan ikitərəfli mədəni əlaqələrinin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb, eləcə gələcəkdə bu əməkdaşlığın davam edəcəyinə əmin olduğunu bildirib.

Sonra konsert proqramı təqdim olunub. İki saat davam edən konsert zamanı Kanadanın Toronto şəhərində fəaliyyət göstərənArazmusiqi rəqs ansamblının heyəti şəhərin sakinləri çoxsaylı qonaqlarına Azərbaycan milli mahnıları rəqslərini nümayiş etdirib.

 

Mədəniyyət.- 2016.- 22 iyul.- S. 6.