Milli dəyər” layihəsi çərçivəsində gənc rəssamların sərgisi

 

İyulun 22-də "Abşeron" rəsm qalereyasında “Milli dəyər” layihəsi çərçivəsində gənc rəssamların sərgisi açılacaq.

Layihə Prezident yanında Gənclər Fondunun maliyyə yardımı, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Teatr Xadimləri İttifaqı və Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının dəstəyi ilə həyata keçirilir.

Məqsəd milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi baxımından gəncləri təşviq etmək, yaradıcı gənclərin mədəniyyət və incəsənətə olan maraqlarını artırmaq və onların asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün zəruri şərait yaratmaqdır.

 

Mədəniyyət.- 2016.- 22 iyul.- S. 6.