Balacaların kitabxanaya ekskursiyası

 

İyulun 20-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi Səbail rayon MKS-nin 3 saylı filialının təşkilatçılığı ilə “Albalı” uşaq bağçasının kiçik yaş qrupunun kitabxanaya ekskursiyası təşkil edilib.

Uşaqlar onlar üçün hazırlanmış “Nağıl otağı” və müxtəlif nağıl kitabları ilə tanış olublar.

Kitabxana əməkdaşı uşaqlara nağıl danışıb, balacalar dinlədikləri nağıl haqqında suallara cavab veriblər, bildikləri nağıl və şeir parçalarını söyləyiblər.

Ekskursiyanın təşkil olunmasında əsas məqsəd kiçikyaşlı uşaqlarda kitabxanakitab haqqında ilkin təəssürat yaratmaq, onların gələcəkdə daha savadlı, məntiqli, yaradıcı, sağlam düşüncəli olmaları üçün mütaliənin vacib olmasını onlara başa salmaq idi.

 

Mədəniyyət.- 2016.- 22 iyul.- S. 6.