Qəbələdə beynəlxalq konfrans keçirilib

 

İyulun 20-də Qəbələ şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Müəllif Hüquqları Agentliyi və Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini İcmasının birgə təşkilatçılığı ilə “Alban Apostol kilsəsinin keçmişibu günümövzusunda beynəlxalq konfrans keçirilib.

Multikulturalizm ilinin tədbirlər planına əsasən keçirilən konfransda Norveç, Türkiyə və Rusiyadan albanşünas mütəxəssislər, tarixçilər, Qəbələdə keçirilən “Multikulturalizm yay məktəbi”nin 16 ölkədən dinləyiciləri və 20 iyul - “Beynəlxalq Udi mədəniyyəti günü” münasibətilə müxtəlif ölkələrdən tarixi vətənləri olan Azərbaycana toplaşan udilər iştirak ediblər.

Açılış mərasimində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Suriya avtokefal kilsəsi Deir-al-Zafaran monastırının mitropoliti Salib Özmen, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili çıxış edib.

Çıxışlarda “Multikulturalizm ili”ndə görülən işlərdən, Azərbaycanda yaşayan azsaylı xalqlara, müxtəlif dinlərə etiqad edənlərə yaradılan şəraitdən danışılıb. Qeyd olunub ki, ölkəmizdə millətlərarası münasibətlər yüksək səviyyədə qurulub, dinlərarası ünsiyyət təmin edilib, Azərbaycan tolerant ölkə kimi dünyada nümunəyə çevrilib. Bildirilib ki, multikulturalizm çoxmədənilik, fərqli mədəniyyətlərin birgə yaşaması, ayrı-ayrı insanların bir-birinin mədəniyyətinə və dünyagörüşünə hörmətlə yanaşmasıdır. Azərbaycanda 2016-cı ilinMultikulturalizm ilielan edilməsi bütövlükdə xalqımızın tarixi mədəniyyətinin bir daha parlaq şəkildə nümayişidir.

Çıxışlarda vurğulanıb ki, 1836-cı ildə çar Rusiyasının Müqəddəs Sinodunun razılığı ilə Alban kilsəsinin ləğv olunaraq erməni Qriqorian kilsəsinə birləşdirilməsi nəticəsində albanlara, o cümlədən udilərə qarşı böyük ədalətsizlik edilib. Hazırda udilərin hüquqlarının və ədalətinin bərpası istiqamətində işlər görülür. Azərbaycan hökuməti bu məqsədlə Alban-Udi İcmasına lazımi dəstək verir, icmanın fəaliyyəti üçün şərait yaradır.

Konfransda Azərbaycan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovQafqaz Albaniyası və tarixi-coğrafi aspektdə genetik təhlil”, Norveçin Oslo Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Byorn Veqqe “Yerusəlimdən Kişə”, Alban-Udi Xristian Dini İcmasının sədri, Bakı Dövlət Universitetinin baş elmi işçisi Robert MobiliAlban apostol avtokefal kilsəsinin varisi kimi Azərbaycanın Alban-Udi Xristian İcması” mövzusunda məruzə edib.

Sonra konfrans işini plenar iclaslarla davam etdirib. Yerli xarici albanşünas mütəxəssislər, tarixçilər mövzu üzrə məruzələr edib, müzakirələr aparıblar.

Tədbirdə Qəbələ əhalisinin zəngin etnik tərkibindən söz açılıb. Qeyd olunub ki, rayonda azərbaycanlı əhali ilə yanaşı, ləzgilər, udilər, digər millətlərin nümayəndələri mehriban şəraitdə, vahid ailə kimi yaşayır. Ümumtəhsil məktəblərinin ibtidai siniflərində ləzgilər udilər üçün ana dillərində dərslər tədris olunur. Qəbələ şəhərinin 2, Nic qəsəbəsinin 3 məktəbində tədris rus dilində aparılır. Rayonda olan 22 müsəlman (43 məscid) 1 xristian icması (Alban kilsəsi) fəaliyyət göstərir, hər kəsə dini inancını ayinləri icra etmək üçün lazımi şərait yaradılıb. Bu gün udilərin kompakt şəkildə yaşadığı yeganə məkan, onların tarixi vətəni olan Qəbələ rayonunun Nic qəsəbəsidir. Burada udilərin tarixi qorunub saxlanılır araşdırılır. Onların dil, din, özünəməxsus mədəniyyət adət-ənənələri inkişaf etdirilir, udi xalqının qədim məbəd kilsələri, tarixi abidələri bərpa olunur, qorunur.

Konfrans iştirakçıları Nic qəsəbəsinə səfər edərək, Müqəddəs Yelisey Alban kilsəsi ilə tanış olublar, həmçinin “Beynəlxalq Udi mədəniyyət günü”nə həsr olunmuş tədbirlərə qatılıblar.

 

Mədəniyyət.- 2016.- 22 iyul.- S. 7.