Səyyar kitabxana xidməti

 

Sabirabad rayonundakı Heydər Əliyev parkında Mərkəzi kitabxana tərəfindən kitab sərgisi və səyyar kitabxana xidməti təşkil edilib. Burada 200-dən çox kitab nümayiş etdirilib. “Yeni kitablar”, “Bədii ədəbiyyat”, “Azərbaycan - yurdum mənim” və s. başlıqlı sərgilər oxucular tərəfindən maraqla qarşılanıb, onlar kitabxanaya üzv olublar. Sərgidə azyaşlı oxucuların da maraqları nəzərə alınaraq uşaq dünyasına dair CD-lər nümayiş olunub.

 

* * *

Ağcabədi rayon MKS-nin Mərkəzi kitabxanası və Uşaq şöbəsi rayondakı Muğam mərkəzində və ümummilli liderin adını daşıyan istirahət parkında “Mütailə həftəsi” çərçivəsində səyyar kitabxana xidməti təşkil edib.

Eyni zamanda Mədəniyyət və Turizm Nazirliyinin kənd kitabxana filiallarının fəaliyyətinin yaxşılaşdırılmasına dair tədbirlər planının icrasını təmin etmək məqsədilə kəndlərdə də sakinlərə səyyar xidmətlər göstərilib.

 

Mədəniyyət.- 2016.- 22 iyul.- S. 7.