Qubada “Sönməyən ulduzlar” teatrının üzvləri ilə görüş

 

Quba rayon Mərkəzi kitabxanasında “Ay işığı” ədəbi məclisi və MKS-nin təşkilatçılığı ilə Azərbaycan Yaradıcılıq Fondunun nəzdində fəaliyyət göstərən “Sönməyən ulduzlarictimai teatrının bir qrup üzvü ilə yerli yazarların, mədəniyyət işçilərinin görüşü keçirilib.

Tədbiri Azərbaycan Yazıçılar Birliyi və “Ay işığı” ədəbi məclisinin üzvü, şair Ramiz Qusarçaylı açaraq “Sönməyən ulduzlarictimai teatrı haqqında məlumat verib.

Yaradıcılıq Fondunun sədr müavini, “Sönməyən ulduzlarictimai teatrının bədii rəhbəri Rafiq Kaşanlı qeyd edib ki, yaşlı aktyorlara diqqət və qayğı onların həyat eşqini sönməyə qoymur.

Fondun şöbə müdiri Fuad Cəfərov, MKS-nin direktoru Saməddin Nəsirov, Xalq artisti Arif Quliyev, AYB-nin üzvləri Səbuhi Hacıxanlı, Zərifə Qasımova və başqaları çıxış edərək Yaradıcılıq Fondunun həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıblar. Bölgələrdə ziyalılarla, mədəniyyət işçiləri ilə keçirilən görüşlər yüksək qiymətləndirilib.

 

Mədəniyyət.- 2016.- 22 iyul.- S. 7.