Azərbaycan musiqi ruhu Londonun caz klublarında

 

Elçin Şirinov iki məkanda konsert proqramı ilə çıxış edib

 

Tanınmış pianoçu Elçin Şirinov Londonun iki caz məkanında - “The Spice of Life” “The Vortex” klublarında etno-caz musiqi üslubunda konsert proqramı ilə çıxış edib. Caz musiqisi gecəsi Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə baş tutub.

Xalq musiqimizin zəngin ənənəsindən bəhrələnən Elçin Şirinov yeni nəsil Azərbaycan caz musiqiçilərindəndir. TEAS-dan bildirilib ki, “The Spice of Life” klubunda reallaşan konsertə Elçin Şirinovun ifasına yaxşı bələd olan iki musiqiçi - italiyalı bas gitaraçı Andrea Di Bias britaniyalı zərb ifaçısı Con Skott da qatılıb. İki ildən artıqdır ki, Elçin Şirinov onlarla sıx əməkdaşlıq edir. Skottun Azərbaycanın xalq mahnısıDurna” zərb alətlərində məharətli ifa etməsi Elçin Şirinovun çevik improvizasiyası ilə dəstəklənib. O, pianoda tempi daha da artıraraq həyəcanın yüksək dərəcəsinə çatmağa müvəffəq olub.

İfa zamanı Elçin Şirinov həm Skott, həm Di Biasa mümkün qədər sərbəst şəkildə improvizasiya üçün yer ayırıb.

Gecədə Azərbaycan xalq mahnısıSarı gəlin ifa edilib. Skottun təqdimatındakı əzəmətli davamlı templə başlayan bu kədərli melodiya zəngin variasiyalar basın müşayiəti ilə yekunlaşır tam sükutda oturan bütün auditoriyanı sanki ovsunlayır.

Elçin Şirinov Londondakı konsertini Qara QarayevinYeddi gözəlbaletindənVals”ı öz aranjimanında ifa edib. Sakit tempdə ifa olunan məşhur melodiya Skottun poliritmik zərb ifası ilə dəstəklənir. İfanı yekunlaşdırandan sonra təsirlənmiş auditoriya musiqiçinibravo” deyərək alqışlayıb.

Londonda keçirilən hər iki konsertin yekun nəticələri barədə danışan amerikalı pianoçu Bred Mehldaun deyib ki, Elçin Şirinov trionu idarə etmək üçün çox gözəl hissiyyata malik musiqiçidir. Xüsusilə o, musiqidə pianobas gitara üçün ayrı-ayrı yerlər tapır, basın çaldığı heç bir kənar hissələri ifa etmir.

 

Mədəniyyət.- 2016.- 22 iyul.- S. 16.