Milli Kitabxanada treninq təşkil olunub

 

Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Milli Kitabxanasının birgə layihəsi əsasında 18-25 iyul tarixində Milli Kitabxananın Treninq mərkəzindəKitabxanalarda informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsiproqramı çərçivəsində treninq təşkil olunub.

Dinləyicilərə kitabxananın mütəxəssisləri tərəfindənİnnovasiya texnologiyalarının kitabxanaların işinə tətbiqi”, “ALİSA proqramının tətbiqi elektron xidmətlərdən istifadə imkanları”, “Milli Kitabxananın innovativ onlayn xidmətlərimövzularında təlim keçilib.

Treninqdə Bakı şəhər kitabxanalarının əməkdaşları iştirak ediblər. Dinləyicilər Milli Kitabxananın fəaliyyəti, yeni xidmət növləri ilə tanış olublar. Sonda treninq iştirakçılarına sertifikatlar verilib.

 

Mədəniyyət.- 2016.- 27 iyul.- S. 5.