Bölgələrdə “Mütaliə həftəsi”

 

Ağdaş rayon MKS-nin Mərkəzi kitabxanasında və kitabxana filiallarında “Mütaliə həftəsi” günlərində açıq havada kitab sərgiləri təşkil olunub. Oxucuların kitabxanaya cəlb edilməsi, mütaliəyə marağın artırılması məqsədilə təşkil olunan sərgilərdə ayrı-ayrı sahələrə aid maraqlı nəşrlər, bədii ədəbiyyat, müxtəlif adda jurnal və qəzetlər nümayiş etdirilib. Kitabxanaların əməkdaşları oxuculara müxtəlif mövzularda kitablar təqdim ediblər.

 

* * *

 

Goranboy rayon Mərkəzi kitabxanasında “Mütaliə həftəsi” layihəsi çərçivəsində kitabxananın fonduna yeni daxil olmuş nəşrlərin təqdimatı keçirilib. Məlumat verilib ki, təqdim olunan kitablar müxtəlif elm sahələrini əhatə edir. Fərqli peşə sahibləri öz ixtisaslarına aid ədəbiyyatları əldə edə bilərlər. Sakinlər yeni qəzet və jurnallarla da tanış olublar. Müxtəlif başlıqlı sərgilərdə nümayiş olunan kitablar maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2016.- 27 iyul.- S. 11.