“Azərbaycan milli mətbuatının banisi

 

Neftçala rayon Mərkəzi kitabxanasında “Azərbaycan milli mətbuatının banisi” adlı məlumat günü keçirilib.

Tədbirdə ömrünü xalqın maariflənməsinə, milli ziyalıların yetişdirilməsinə həsr edən böyük maarifpərvər Həsən bəy Zərdabinin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verilib, milli mətbuatımızın əsasını qoyan “Əkinçi” qəzetinin fəaliyyətindən söz açılıb. Zərdabinin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx məktəblilərin marağına səbəb olub.

 

Mədəniyyət.- 2016.- 27 iyul.- S. 14.