“Həkimlərin söz dünyası”

 

“Həkimlərin söz dünyası” adlı kitab çap olunub. Kitabda 30-dan çox müəllifin əsərləri toplanıb. Həkimliyi özünə peşə seçən, incə ruhlu bu qələm sahibləri arasında dövlət və siyasət xadimləri, hərbçi və başqa məşhur insanlar da var. Topluda Nəriman Nərimanov, Əli bəy Hüseynzadə, Abbas Səhhət, Tağı Şahbazi, Məhəmmədhüseyn Şəhriyarın poeziya nümunələri ilə yanaşı, Həkim Qəni, Xanımana Əlibəyli, Musa Urud, Ramiz Duyğun, Paşa Qəlbinur və başqalarının şeirləri yer alıb.

Azərbaycan oxucusuna yaxşı tanış olan “Vətənim”, “Heydərbabaya salam”, “İgid əsgər” kimi əsərlərlə yanaşı, yeni yazılmış şeirlər də maraq doğurur.

Kitabın redaktoru həkim-şair Əfrahim Hüseynli, “ön söz” müəllifi filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı, naşiri Müşfiq Xandır.

 

Mədəniyyət.- 2016.- 27 iyul.- S. 14.