Polşada Azərbaycan mədəniyyəti gecəsi keçirilib

 

Azərbaycanın Polşadakı səfirliyinin dəstəyi ilə Vrotslav şəhərində Azərbaycan mədəniyyəti gecəsi təşkil edilib.

Mədəniyyət gecəsi Vrotslav şəhərində könüllülük proqramında iştirak edən həmvətənimiz Xumar Kərimlinin təşkilatçılığı ilə baş tutub. Tədbirin təşkilində, həmçinin şəhərdə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər. Azərbaycanın Polşada təbliğinə həsr olunan mədəniyyət gecəsində tariximiz, mədəniyyətimiz, musiqimiz, mətbəximizlə bağlı sərgi təşkil edilib, habelə ölkəmizə dair təqdimat keçirilib. Mədəniyyət gecəsində milli mətbəximizin nümunələri qonaqlara təqdim edilib. Mədəniyyət gecəsində Xumar Kərimli Azərbaycan rəqslərini nümayiş etdirib.

 

Mədəniyyət.- 2016.- 27 iyul.- S. 16.