Kitabxana və mədəniyyət müəssisələri işçiləri üçün seminar-treninqlər davam edir

 

Xəbər verdiyimiz kimi, Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi Şəkidə regional mərkəz olmaqla Zaqatala, Balakən, OğuzQax rayonlarını əhatə edən kitabxana və mədəniyyət müəssisələri (klub müəssisələri) işçiləri üçün regional seminar-treninqlər keçirir. Tədbirə Şəki, Zaqatala, Balakən, OğuzQax rayonları üzrə ümumilikdə 100-dək kitabxana və mədəniyyət mərkəzi-klub müəssisələrinin işçiləri cəlb olunub.

Milli Kitabxana, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Ədliyyə Akademiyası əməkdaşlarının keçdiyi treninqlər “Kitabxana işinin təşkilində innovasiyaların tətbiqi” və “Azərbaycan mədəniyyətinin və xalq yaradıcılığının dəstəklənməsində, mədəni irsin qorunmasında mədəniyyət mərkəzinin rolu” mövzularına həsr olunub.

Yerlərdə maddiqeyri-maddi mədəni irsin qorunması və bərpası, turizmin inkişaf məsələləri, kitabxana işinin təşkilində informasiya texnologiyalarının tətbiqi, yeni avtomatlaşdırılmış kitabxana informasiya sistemi (ALİSA) seminar treninqin əsas müzakirə məsələlərindəndir.

Milli Kitabxanadan bildirilib ki, seminarlarda kitabxananın xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova, elektron kataloqun formalaşdırılması şöbəsinin baş kitabxanaçısı Samirə Şabanova və kitabxanaların metodik təminatı şöbəsinin baş kitabxanaçısı Lamiyə Əhmədova iştirak edirlər. Milli Kitabxananın tədris mərkəzinin mütəxəssisləri kitabxanaçılara “İnnovasiya texnologiyalarının kitabxanaların işinə tətbiqi”, “ALİSA proqramının tətbiqi və elektron xidmətlərdən istifadə imkanları”, “Milli Kitabxananın innovativ onlayn xidmətləri” mövzularında treninq keçirlər.

Regional seminar-treninqlər iyulun 30-da başa çatacaq.

 

Mədəniyyət.- 2016.- 29 iyul.- S.4.