Molla Nəsrəddin-2016”

Beynəlxalq karikatura müsabiqəsi keçirilir

Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi VII “Molla Nəsrəddin-Azərbaycan-2016” beynəlxalq karikatura müsabiqəsi keçirir.

Ənənəvi müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının dəstəyi ilə reallaşacaq.

Builki beynəlxalq müsabiqənin mövzusuMultikulturalizm” adlanır. İnternet vasitəsilə keçirilən müsabiqəyə hər rəssam 2-5 karikatura göndərə bilər. Əsərləri oktyabrın 15-dək elektron formatda mollanasreddin2016@gmail.com ünvana göndərmək lazımdır.

Əsərlər beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Beynəlxalq münsiflər heyətinə Azərbaycan, Meksika, Fransa, İsrail, Misir, Rusiya, İran, YaponiyaABŞ-dan karikaturaçı rəssamlar daxildir. I, II və III yerlər müvafiq olaraq qızıl, gümüşbürünc medal, eləcə də diplomlarla mükafatlandırılacaq. Həmçinin münsiflər heyətinin və Azərbaycan Rəssamlar İttifaqının xüsusi mükafatları olacaq. Müsabiqəyə göndərilmiş ən yaxşı karikaturalardan kataloq hazırlanacaq.

 

Mədəniyyət.- 2016.- 29 iyul.- S.5.