“Xəzər ulduzları” rəqs ansamblının konserti

 

Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin və şəhər Mədəniyyət evinin dəstəyi ilə N.Nərimanov adına Mədəniyyət mərkəzində xoreoqraf Kamil Ağazadənin “Xəzər ulduzları” rəqs ansamblının yaranmasının 8 illiyinə həsr olunmuş konsert keçirilib.

Konsertdə Azərbaycan rəqsinin tarixinə həsr olunmuş video-çarx təqdim olunub. Rəqs ansamblının ifasında “Yallı”, “Köçəri”, “Uzundərə”, “Azəri”, “Aytacım” kimi millimüasir rəqs nümunələri, məzəli, teatrlaşdırılmış kompozisiyalar, dünya xalqlarının rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Gənc müğənnilər Zaur Yusifli, Elvin Qasımov, İbrahim Quluzadə, Həyat Həsənzadə, Xəyalə Abdullayeva öz ifaları ilə kollektivi təbrik ediblər.

Sonda rəqs kollektivi fəxri fərmanla təltif edilib.

 

Mədəniyyət.- 2016.- 29 iyul.- S.7.