Olimpiya Oyunları yeniyetmələrin gözü ilə”

Sumqayıtda rəsm sərgisi açılıb

Sumqayıtdakı 1 saylı Uşaq gənclər idman məktəbində "Olimpiya Oyunları yeniyetmələrin gözü ilə” adlı gənc rəssamların sərgisi keçirilib. Tədbir Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşıb.

İdarənin rəis əvəzi Mübariz Bəşirov sərginin keçirilməsində əsas məqsədin Olimpiya Oyunlarının yeniyetmə və gənclər arasında təbliğindən ibarət olduğunu bildirib.

Prezident təqaüdçüsü, Əməkdar bədən tərbiyəsi və idman xadimi Əhməddin Rəcəbli, Firdovsi Ömərov və Afina Yay Olimpiya Oyunlarının boks idman növü üzrə bürünc mükafatçısı Fuad Aslanov Olimpiya Oyunlarında idmançılarımızın uğurlarını diqqətə çatdıraraq, rəsm sərgisində əsərləri nümayiş olunan yeniyetmələri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Sərgidə 15 gəncin 22 rəsmi nümayiş olunub. Sonda sərgi iştirakçılarına fəxri fərman və hədiyyələr təqdim olunub.

 

Mədəniyyət.- 2016.- 29 iyul.- S.7.