Azsaylı xalqların mədəni irsindən söz açılıb

 

Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində bölgədə yaşayan azsaylı xalqların mədəni irsinə həsr olunmuş dəyirmi masa təşkil olunub. “Multikulturalizm ili” çərçivəsində keçirilən tədbirdə azsaylı xalqların tarixi-mədəni irsinə, etnoqrafiyasına dair eksponatlar haqqında geniş məlumat verilib.

Sonra etnoqrafiya zalında ləzgi qadınların hazırladığı corablar, məfrəşlər, xurcunlar tədbir iştirakçılarına təqdim olunub. Rayonda yaşayan azsaylı xalqların tarixinin, məişətinin, qədim adət-ənənələrinin bundan sonra da təbliğ olunacağı diqqətə çatdırılıb.

 

Mədəniyyət.- 2016.- 29 iyul.- S.11.