İstirahət guşələrində kitabxana xidməti

 

Bu gün kitabxanalar qarşısına qoyulan yeni vəzifələrdən biri də istirahət zonalarında insanlara səyyar kitabxana xidməti göstərilməsidir.

Qax Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində bütün kitabxanaların yay mövsümündə göstərəcəyi xidmətə dair tədbirlər planı hazırlanıb həyata keçirilir.

Kitabxanalar tərəfindən rayonda fəaliyyət göstərən “El-Resort“, “İlisu pansionatı”, “Ulu dağ”, “Berqs” istirahət mərkəzlərində, o cümlədən Qax şəhərindəki Nizami, Nəsimi və Heydər Əliyev parklarında kitab sərgiləri təşkil edilib, səyyar kitabxana xidməti yaradılıb. Sakinlər bu təşəbbüsü razılıqla qarşılayıblar.

 

Mədəniyyət.- 2016.- 29 iyul.- S.11.