Bakı musiqi məktəblərinin açıq səma altında bayram konserti

 

 

İyunun 1-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi Beynəlxalq Uşaqları Müdafiə Günü ilə əlaqədar açıq səmada, fərqli təqdimatda bayram konserti keçirəcək. Tədbir Nizami Kino Mərkəzinin arxasında, görkəmli bəstəkar Qara Qarayevin heykəli önündə saat 14-də başlayacaq.

Tədbirdə paytaxtın incəsənət məktəblərində təhsil alan istedadlı şagirdlərin əl işlərindən ibarət sərgi, idarənin nəzdindəki uşaq musiqi və incəsənət məktəblərinin iştirakı ilə konsert proqramı təqdim ediləcək.

 

Mədəniyyət .- 2016.- 1 iyun.- S.2