Tələbələrin ifasında “Sevən qadın”

 

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) teatr sənəti fakültəsinin tələbələri Əli Əmirlinin “Sevən qadın” psixoloji dramını tamaşaya qoyublar. Diplom işi kimi təqdim olunan tamaşanın quruluşçu rejissoru musiqili teatr rejissorluğu ixtisasının IV kurs tələbəsi Şərəf Yusifova, baş rolların ifaçıları tələbələr Natəvan Abbaslı, Ümman Budaqov, Həcərxanım Cavanşir və Fəridə Əlizadədir. Universitetin “Səda” teatrında uğurla keçirilən tamaşa müəllim və tələbələrin alqışları ilə qarşılanıb.

Tamaşanın kurs rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, diplom rəhbəri Xalq artisti, professor İlham Namiq Kamaldır.

 

Mədəniyyət .- 2016.- 1 iyun.- S.5