Yəhudi irsi üzrə Avropa marşrutu Azərbaycandan keçir

 

 

Avropa Yəhudi Mədəniyyəti və İrsinin Qorunması və Təbliğatı Assosiasiyasının nümayəndələri ölkəmizdə səfərdədir

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyi ötən il Avropa Şurasının mədəni marşrut layihələrindən biri olan “Yəhudi irsi üzrə Avropa marşrutu” beynəlxalq mədəni turizm layihəsinə üzv olub.

 

Bununla bağlı nazirlik tərəfindən ölkəmizdə mövcud olan yəhudi irsi üzrə müvafiq proqram hazırlanıb. Proqrama paytaxt Bakı ilə yanaşı, Quba, Qırmızı qəsəbə (Quba), Lahıc (İsmayıllı), Qəbələ, Oğuz kimi regionların turizm potensialı barədə məlumat, eləcə də orada fəaliyyət göstərən yerli sinaqoqlarla tanışlıq əlavə olunub.

“Azərbaycanda yəhudi irsimarşrutu ilə tanışlıq məqsədilə Avropa Yəhudi Mədəniyyəti və İrsinin Qorunması və Təbliğatı Assosiasiyasının (AEPJ) direktoru Assumpcio Hostaqurumun nümayəndəsi Michael Mail mayın 28-dən ölkəmizdə səfərdədir.

Onlar Bakıda Avropagürcü yəhudiləri dini icması, həmçinin dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev ilə görüş keçiriblər. Mayın 30-da Qırmızı qəsəbəyə gedən qonaqlar “Giləki” və “Altı günbəz” sinaqoqlarında olubyerli dini icmalarla söhbət ediblər. Onlar Oğuz rayonuna səfər zamanı “Aşağı məhəllə” və “Yuxarı məhəllə” sinaqoqları ilə də tanış olacaqlar.

Qeyd edək ki, AEPJ-nin təşkilatçılığı ilə həyata keçirilən “Yəhudi irsi üzrə Avropa marşrutu” layihəsinə Portuqaliya, İspaniya, İtaliyaFransa kimi ölkələr qoşulub, 20-dək ölkə tərəfdaş qismində çıxış edir.

Azərbaycanda yəhudi icmalarının mövcudluğunu, ölkəmizdə dini müxtəlifliyə tolerant münasibətin və müxtəlif mədəniyyətlərin təbliğinə yaradılmış şəraiti nəzərə alaraq, bu layihəyə qoşulmaq həm yəhudi irsi ilə maraqlanan turistlərin, həm də yəhudi əsilli insanların ölkəmizə turist kimi cəlb edilməsi baxımından əhəmiyyətlidir.

AEPJ heyətinin səfəri iyunun 3-dək davam edəcək.

 

Mədəniyyət .- 2016.- 1 iyun.- S.9