Multikultural dəyərlərin təbliği

 

Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində “Muzeylər və multikulturalizm” başlığı altında tədbir təşkil olunub. Baş mühafiz Xalid Məmmədov tədbir iştirakçılarına muzey haqqında məlumat verib. Elmi işçi İlham Quliyev mövzu ilə bağlı mühazirə oxuyub. Şəhər məktəblilərinin ifasında şeir və mahnılar səslənib.

Muzeydə “Məktəblilər üçün muzey həftəsi” çərçivəsində “açıq qapı” günləri elan olunub. Şəhər məktəblərinin, Səpnəkəran, Gərmətük, Türkəkəran, Bəliton, Kosalar, Şovu kənd məktəblərinin kollektivi muzeyi ziyarət ediblər.

 

* * *

 

Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Multikultural dəyərlərin təbliğində gənclərin rolumövzusunda dəyirmi masa keçirilib. Tədbirdə YAP rayon təşkilatının sədri Habil Qurbanov, Təhsil Şöbəsinin tarix fənni üzrə metodisti İnarə Əlizadə, Zərifə Əliyeva adına liseyin müəllimləri Aytən Məmmədova, Vüqar İsrafilov və başqalarının mövzu ilə bağlı məruzələri dinlənilib.

 

Mədəniyyət.- 2016.- 1 iyun.- S.11