Sabirabad və Ağcabədidə kitab bayramları

 

 

Sabirabad Rayon Mədəniyyət və Turizm Şöbəsi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, İcra Hakimiyyəti və “Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar kitab bayramı keçirilib.

Tədbirdə çıxış edən İcra Hakimiyyəti başçısının müavini Şahnaz Babayeva, Mədəniyyət və turizm şöbəsinin müdiri Əhməd Ramazanov, YAP rayon təşkilatının sədri Nadir Quliyev, “Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyinin icraçı direktoru Vüsal Əhmədov, MKS-nin direktoru Eldar Urufov ənənəvi olaraq keçirilən kitab bayramının rayon əhalisində kitaba marağın artırılmasında rolunu vurğulayıblar. Kitab bayramında müxtəlif mövzularda 2 min nüsxədən çox nəşr nümayiş olunub.

* * *

Ağcabədi rayon MKS-nin təşkilatçılığı ilə Mədəniyyət mərkəzində kitab bayramı keçirilib. MKS-nin direktor müavini Təranə Məmmədova, İcra Hakimiyyətinin əməkdaşı Rahilə Şükürova, Mədəniyyət və Turizm şöbəsinin müdiri Rza Quliyev və başqaları çıxış ediblər.

Tədbirdə 2 mindən çox müxtəlif adda kitablarelektron nəşrlər nümayiş etdirilib. Şəhər 5 saylı uşaq bağçasının və 2, 3, 8, 12 saylı məktəblərin şagirdləri tərəfindən hazırlanmış kompozisiyalar nümayiş etdirilib, şeirlər səslənib. Nağıl nənənin danışdığı “Qırmızıpapaq” nağılını uşaqlar böyük həvəslə dinləyiblər.

 

Mədəniyyət.- 2016.- 1 iyun.- S.11