Argentina yazıçısının kitabı Azərbaycan dilində

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ilə Argentinanın ölkəmizdəki səfirliyinin birgə layihəsi olan nəşr - Adolf Bio KasaresinMorelin ixtirasıkitabı çapdan çıxıb.

Tərcümə Mərkəzindən bildirilib ki, kitabın ispan dilindən tərcüməsi nəşri Argentina Xarici İşlər Etiqad Nazirliyinin Tərcümələrə dəstək üzrə proqramı çərçivəsində həyata keçirilib.

Yazıçının ədəbi irsiMorelin ixtirasıromanı ilə Azərbaycan oxucusuna ilk dəfə çatdırılır. Əsəri orijinaldan Azərbaycan dilinə Emin Ələsgərov tərcümə edib.

Qeyd edək ki, vaxtilə ispandilli ədəbiyyatın məcrasını məşhur Argentina yazıçısı Xorxe Luis Borxeslə birlikdə kökündən dəyişmiş Adolf Bio Kasares 1990-cı ildə Servantes ədəbiyyat mükafatına layiq görülüb.

 

Mədəniyyət.- 2016.- 1 iyun.- S.15