Səmədağa Cəfərovun yubiley sərgisi

 

 

İyunun 7-də “1969” qalereyasında rəssam Səmədağa Cəfərovun 70 illik yubileyi münasibətilə fərdi sərgisi açılacaq. Sərgidə rəssamın rəngkarlıq və qrafika əsərləri sənətsevərlərə təqdim ediləcək.

S.Cəfərov 1946-cı ildə Mərdəkan qəsəbəsində anadan olub. 1971-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. 1973-1978-ci illərdə Leninqrad şəhərində V.İ.Muxina adına Ali Rəssamlıq Məktəbində keramika və şüşə rəssamı ixtisası üzrə təhsilini davam etdirib. Yaradıcılıqla yanaşı, gənc rəssamların yetişməsinə də töhfələr verən sənətkar hazırda Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsində müəllim kimi fəaliyyətini davam etdirir.

 

Mədəniyyət.- 2016.- 3 iyun.- S.16