“Mənim müəllimim təbiətin özüdür

 

 

Müasir İncəsənət Muzeyində Xalq rəssamı Hüseyn Əliyevin sərgisi açılıb

 

İyunun 1-də Müasir İncəsənət Muzeyində Azərbaycanın Xalq rəssamı Hüseyn Əliyevin (1911-1991) “Mənzərələr” adlı sərgisi açılıb.

Mərasimdə çıxış edən Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə görkəmli rəssamın həyat və yaradıcılığından söz açıb.

Qeyd edilib ki, Hüseyn Əliyev 1932-ci ildə Bakıda Rəssamlıq Texnikumunu bitirib. 1922-1931-ci illərdə “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq edib, jurnalın səhifələrində karikaturaları çap olunub. 1932-1935-ci illərdə Leninqrad Boyakarlıq, Memarlıq və Heykəltəraşlıq İnstitutunda təhsilini davam etdirib.Kommunist” (indikiXalq qəzeti”) qəzetində 50 ilə yaxın rəssam kimi fəaliyyət göstərib.

Rəssamın təbiət gözəlliklərini əks etdirən əsərləri monumentallığı və qeyri-adi koloriti ilə seçilir, onun Vətənə böyük sevgisindən xəbər verir. Hüseyn Əliyev bu ifadəni tez-tez təkrarlayırdı: “Mənim müəllimim təbiətin özüdür”. Uşaqlığı Zəngəzur və Naxçıvanda keçən rəssam təbiətin rəngarəng qammasının vurğunu idi. Bu vurğunluq onun hər bir əsərində, rənglərin palitrasında, yaradılmış obrazların reallığında hiss olunur.

Təsvirin heyranedici reallığı və rənglərə olan qeyri-adi hissiyyatı sayəsində o, lirikromantik mənzərələrin rəssamı kimi tanınıb. Yaradıcılığının əsas istiqaməti də bu idi. Hüseyn Əliyev mənzərələrinin rəngarəngliyi romantizmə həvəsləndirir, insanın hiss və emosiyalarına güclü təsir edir.

Rəssamın Müasir İncəsənət Muzeyində sərgisi iyulun 2-dək davam edəcək.

 

Mədəniyyət.- 2016.- 3 iyun.- S.16