Naxçıvanınİslam mədəniyyəti paytaxtıelan edilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Naxçıvan şəhərinin 2018-ci il üçünİslam mədəniyyətinin paytaxtıelan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakıda keçirilən VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçünİslam mədəniyyətinin paytaxtıelan olunmasına dair qərar qəbul edilmişdir. Həmin qərar sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. Tarixən Yaxın Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynamışdır.

Sərəncama əsasən, Naxçıvan şəhərinin 2018-ci il üçünİslam mədəniyyəti paytaxtıseçilməsi ilə bağlı tədbirlərin lazımi səviyyədə keçirilməsini təmin etmək məqsədilə Təşkilat Komitəsi yaradılıb.

Təşkilat Komitəsinin sədri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, sədr müavini mədəniyyət turizm naziri, İSESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri Əbülfəs Qarayevdir. Təşkilat Komitəsinə əlaqədar dövlət qurumları və təşkilatların nümayəndələri daxildir.

Təşkilat Komitəsinə müvafiq tədbirlər planını üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

 

Mədəniyyət.- 2016.- 3 iyun.- S.2.