Gənc skripkaçıya Qran-pri mükafatı təqdim edilib

 

 

Xəbər verdiyimiz kimi, 21-29 may tarixində Moskvada Sergey Prokofyev adına II Beynəlxalq Musiqi Müsabiqəsi keçirilib. Müsabiqədə azərbaycanlı gənc skripkaçı Ceyla Seyidova Qran-pri mükafatına layiq görülüb. Müsabiqənin qala-konserti zamanı mükafat skripkaçıya təqdim edilib.

Ceyla Seyidova bir sıra müsabiqə festivalların qalibidir. 2007-ci ildə Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülüb adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitab"ına yazılıb. Ölkə başçısının sərəncamı ilə 2015-ci ildə Gənclər üçün Prezident mükafatına layiq görülüb.

 

Mədəniyyət.- 2016.- 3 iyun.- S.5