Milli KitabxanadaMorelin ixtirasıkitabının təqdimatı keçirilib

 

 

İyunun 2-də Milli Kitabxanada Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ilə Argentinanın ölkəmizdəki səfirliyinin birgə layihəsi olan Adolfo Bio KasaresinMorelin ixtirasıkitabının təqdimatı keçirilib.

Argentinanın ölkəmizdəki səfiri Carlos Dante Riva yazıçının Azərbaycanda ilk dəfə nəşr olunduğunu, ötən əsrin 40-cı illərində yazılmış əsərin azərbaycanlı oxuculara təqdim edilməsinə görə Tərcümə Mərkəzinə minnətdarlığını bildirib.

Azərbaycan Tərcümə Mərkəzinin direktoru Afaq Məsud əvvəlcə rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, Azərbaycan ədəbiyyatının dünyada təbliği dünya ədəbiyyatının ölkəmizdə tanıdılması sahəsində gördükləri işlərdən danışıb.

Milli Kitabxananın direktoru Kərim Tahirov Tərcümə Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib, bu kitabın tərcüməsinə görə oxucular adından mərkəzə minnətdarlığını bildirib.

Morelin ixtirası” romanını orijinaldan Azərbaycan dilinə Emin Ələsgərov tərcümə edib. Qeyd edək ki, ispandilli ədəbiyyatın məşhur nümayəndəsi olan Adolf Bio Kasares 1990-cı ildə Servantes ədəbiyyat mükafatına layiq görülüb.

 

Mədəniyyət.- 2016.- 3 iyun.- S.6