Musiqi məktəbində bayram tədbiri

 

 

Şövkət Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbində 1 iyun - Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunmuş sinif konserti keçirilib. Məktəbin müəllimələri Sevda Ələsgərova (kamança), Arzu Səmədova (fortepiano) və Sevinc Hüseynovanın (fortepiano) şagirdləri konsert proqramında öz istedadlarını nümayiş etdiriblər.

Tədbirdə əlamətdar günün tarixindən, dövlətimizin uşaqlara qayğısı, uşaq hüquqlarının qorunması istiqamətində ölkəmizdə reallaşdırılan layihələrdən söz açılıb. Ölkə rəhbərliyinin, habelə Heydər Əliyev Fondunun uşaqlara diqqət və qayğısı vurğulanıb.

Sonra şagirdlər Xırda Tanrıverdizadə, Mehin Məmmədova, Kamran Nağıyev, Nigar Əliyeva (fortepiano), Aytac Səfərova, Nicat Orucovun ( kamança) ifaları dinlənilib.

Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı məktəbin kollektivi tərəfindən rəğbətlə qarşılanıb. İstedadlı uşaqlar öz parlaq çıxışları ilə bayram əhvalına xüsusi rəng qatıblar.

 

Lalə Azəri

Mədəniyyət.- 2016.- 3 iyun.- S.6.