Dövlət Uşaq Filarmoniyasından daha bir konsert proqramı

 

 

İyunun 1-də Azərbaycan Dövlət Uşaq Filarmoniyası Gənc Tamaşaçılar Teatrının səhnəsində Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunmuş konsert təqdim etdi.

Tədbiri Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən musiqili uşaq teatrının baş rejissoru Elşad Rəhimzadə açaraq iştirakçıları salamladı. Qeyd etdi ki, əlamətdar gün münasibətilə şəhərimizin müxtəlif konsert salonlarında, teartlarında uşaqlar üçün tədbirlər təşkil olunur. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının təşkil etdiyi konsert bu qəbildəndir. Sonra səhnə balaca ifaçılara verildi.

Konsert proqramıYol rəqsiilə açıldı. Uşaq xor kapellasının ifasında Ü.HacıbəylininArşın mal alanmusiqili komediyasındanQızların xoru”, “Azərbaycan maralı”, “Şuşanın dağlarımahnıları ifa olundu.

Uşaq Filarmoniyasının rəqs ansamblıBrilliantı”, “Çobanı”, ”İgidlər”, “Qavalrəqslərini, habelə hind, moldovan, alman, özbək rəqslərini ifa etdi.

Filarmoniyanın kamera ansamblının təqdimatında D.ŞostakoviçinVals”, A.PiatsollanınTanqo s. musiqi nömrələri tamaşaçıların zövqünü oxşadı.

 

Savalan Fərəcov

Mədəniyyət.- 2016.- 3 iyun.- S.6.