Naxçıvanda xalq mahnı və təsniflərinin ifaçılığı müsabiqəsi

 

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Dövlət TeleviziyaRadio Verilişləri Komitəsi ilə birgə “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi” keçirir. Müsabiqənin əsas turunun ikinci mərhələsi Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki mədəniyyət evində gerçəkləşib.

Əsas turun üçüncü mərhələsinin Ordubad rayonunda keçirilməsi nəzərdə tutulub. Müsabiqənin yekun konserti isə noyabr ayında Naxçıvan şəhərində keçiriləcək.

Qaliblər yekun konsertdə mükafatlandırılacaqlar.

 

 

Mədəniyyət.- 2016.- 8 iyun.- S.2.