Kukla Teatrı Yunanıstanda tamaşalar göstərib

 

Mədəniyyət Turizm, Gənclər İdman nazirliklərinin, ölkəmizin Afinadakı səfirliyinin dəstəyi ilə 28 may - 6 iyun tarixlərində Yunanıstanda Azərbaycan mədəniyyəti həftəsi keçirilib. Qədim mədəniyyət beşiyi, teatr, sənət ocağı olan Yunanıstanın bir neçə şəhərinin sakinləri Azərbaycan mədəniyyəti incəsənəti, musiqi teatrı ilə yaxından tanış olmaq imkanı qazanıblar.

Tədbirlərdə Mədəniyyət Turizm Nazirliyinin İncəsənət şöbəsinin baş məsləhətçisi Vəfa Novruzova, Azərbaycan Dövlət Kukla Teatrının heyəti - direktor Rəşad Əhmədzadə, baş rejissor Qurban Məsimov, baş rəssam İqbal Əliyev, aktyorlar Cavid İbrahimov, Rəhim Rəhimov Lina Məmmədova iştirak edib. Səfər müddətində teatrın repertuarında xüsusi yer tutan bir neçə beynəlxalq festivalda uğurla nümayiş olunan Kamran Şahmərdanın Qara”, Qurban MəsimovunÇanta trio ...”, eləcə yeni səhnə işlərindən olanZəngmonotamaşası göstərilib. Kollektiv Afina, Haniya, Retimnon, İraklion, Sitian şəhərlərinin qədim teatr səhnələrində ümumilikdə on tamaşa göstərib.

Səfər müddətində Afinadakı Uşaq Onkoloji Mərkəzində də çıxış edən kollektiv UNESCO-nun xoşməramlı səfiri xanım Marianna Vardinoya tərəfindən mükafatlandırılıb. Teatra "ELPİDA” UşaqDostlar Assosiasiyasının təşəkkür məktubu, nümayəndə heyətinin hər bir üzvünə isə dostluq medalları təqdim olunub.

 

Mədəniyyət.- 2016.- 8 iyun.- S.3.