Maral Rəhmanzadənin 100 illiyinə həsr olunmuş sərgi

 

 

İyunun 10-da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə 4 nömrəli uşaq incəsənət məktəbində Maral Rəhmanzadənin 100 illik yubileyinə həsr olunmuş sərgi açılacaq.

Azərbaycan qadınlarının obrazı, həyatı, doğma təbiətin təsviri rəssamın çəkdiyi əsərlərin əsas mövzusunu təşkil edir. Onun əsərləri Tretyakov Qalereyası (Moskva), Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və s. muzeylərdə, şəxsi kolleksiyalarda saxlanılır.

 

Mədəniyyət.- 2016.- 8 iyun.- S.4.