Xocalı rayon Mədəniyyət evində tamaşa

 

 

Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı rayon Mədəniyyət evində “Beynəlxalq ailə günü” münasibətilə tədbir keçirilib. Tədbirdə Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndələri və qəsəbə sakinləri iştirak ediblər. Tədbirdə Ramiz Rövşənin “Qara paltarlı qadın” şeirinin motivləri əsasında yazılmış eyniadlı pyesin ilk tamaşası olub. Pyesin ssenari müəllifi və quruluşçu rejissoru Xocalı rayon Mədəniyyət evinin direktoru Orxan Vahidoğludur. Xocalı rayon 4 saylı tam orta məktəbin şagirdləri Qumru Məmmədova, Nihad Qəribli, Yusif Məmmədov, Nurlan Hüseynovun iştirak etdikləri tamaşa maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2016.- 8 iyun.- S.4.