Uşaq musiqi məktəbinin hesabat konserti

 

 

İyunun 3-də “Kapelhaus”da Kövkəb Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbi şagirdlərinin ənənəvi hesabat konserti keçirildi. Tədbir 28 May - Respublika Günü 1 iyun - Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr edilmişdi.

Konsert rəngarəng proqramla yanaşı, ifa olunan musiqi alətlərinin müxtəlifliyi ilə diqqət çəkirdi. Məktəbin nəzdində yeni yaradılanİncilərvokal ansamblının çıxışı ilə başlayan konsertdə ilk olaraqSarı gəlinGül açdıxalq mahnıları təqdim olundu.

Hər məktəbin özünəməxsus repertuarı ifaçılıq texnikasının olması bu konsertdə nəzərə çarpırdı. Belə ki, milli musiqi alətlərimizlə yanaşı, skripka, fleyta, truba gitarada ifa edənlər bu alətlərin səciyyəvi xüsusiyyətlərini dinləyicilərə çatdırmağa nail oldular.

Şagirdlərdən Dilruba Əlizadə (kamança), Nurcan Həmidli (skripka), Səyyarə Əliyeva (fleyta), Xalid Heybətov (truba), Emil Naqornı (fortepiano), Ayat Baxşıyev (tar) digərlərinin çıxışları maraqla qarşılandı. Azərbaycan Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı daha bir tədris ilinin uğurla yekunlaşdığından xəbər verirdi.

Sonda məktəbin direktoru Fikrət Budaqov tədbirə qatılan hər kəsə təşəkkürünü bildirdi, müəllim kollektivini şagirdləri uğurlu çıxış münasibətilə təbrik etdi.

Hesabat konsertində Mədəniyyət Turizm Nazirliyinin, Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin rəhbər şəxsləri, paytaxtın musiqi məktəblərinin direktorları iştirak edirdi.

 

Lalə

Mədəniyyət.- 2016.- 8 iyun.- S.5.