Sabir Rüstəmxanlının 70 illiyinə həsr edilmiş tədbir

 

 

Bir əsrin yetmiş ilini arxada qoydu. Bu illərə acılı-şirinli həyat tarixçələri sığdırdı. Yazıb-yaratdı. Onun şeirləri ilə neçə-neçə gənc ilk sevdanı daddı. Hər yazısı milli ruha, mənəvi dəyərlərə həsr olundu.

Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq İxtisasartırma Mərkəzində Xalq şairi Sabir Rüstəmxanlının 70 illiyinə həsr edilmiş yubiley tədbirində bu sözlər dilə gəldi. Tədbirin aparıcısı mərkəzin İnformasiya-kommunikasiya elmi-təminat şöbəsinin müdiri Rəfiqə Nəsirova idi.

Mərkəzin direktoru Ramazan Şabanovun açılış nitqindən sonra yubilyarın həyat və yaradıcılığı barədə çıxışlar oldu. Tədbirə Xalq artisti Nurəddin Mehdixanlı, Akademik Milli Dram Teatrının aktyoru Mətləb Abdullayev, muğam müsabiqəsinin qalibi Nisbət Sədrayeva qatılmışdı. Xalq şairinin nurundan pay alan aktyorlar Orxan və Hikmət Ağaxanoğlunun tarkamançada müşayiəti ilə iştirakçılara doyumsuz poeziya dəqiqələri yaşatdılar.

 

Mədəniyyət.- 2016.- 8 iyun.- S.6.